Bu gizli qapıdan içəri girəndə çaşıb qaldılar - yer altında 50 min nəfərlik şəhər tapıldı

334K baxış216

    Bu günə qədər “yer altındakı həyat”la bağlı eşitdiyiniz hər şeyin doğruluğuna əminsiniz? Təbii ki, yox. Amma, Türkiyədə, Nevşehirdə min illərdir sirrinin açılmağını gözləyən yeraltı şəhər eşitdiyiniz əfsanələrin başladığı yer ola bilər.
    1960-cı illərin əvvəlində bir kəndli evini təmir etdirirdi. Köhnə divarlardan birinin uçurulması zamanı evin böyük bir tunelin kandarında tikildiyi aydın olur. Ev sahibi tunelin bir mağaraya açıldığını zənn edir. Amma, əlinə fənər alıb irəlilədikcə qarşısına çıxan iç-içə otaqlar onu təəccüb içində qoyur. Əlaqədar qurumlar xəbərdar edilir və beləliklə, “Dərin quyu” yeraltı şəhəri kəşf olunur.
    Məlum olur ki, yeraltı şəhər təkcə otaqlardan ibarət deyil; burda qeyri-adi su və havalandırma sistemi ilə yanaşı, dəlixanalar, ibadət yerləri və məktəblər də mövcuddur. Hesablamalara görə, şəhər 50 minə yaxın insanın yerin altında rahatca yaşaması üçün bəs edər.
    “Burda kimlər yaşayıb?”, “Gün işığı olmadan necə yaşayıblar?” kimi sualların cavabı isə o gündən-bu günə hələ axtarılır.
    Şəhər haqqında əfsanələrin bəziləri eramızın ilk illərindən bəhs edir. Deyilənlərə görə, ilk xristianlar Roma əsgərlərinin zülmündən qaçaraq Kapadokiyaya gəlib və özlərinə yeraltı şəhər inşa ediblər. Əsgərlər onları tapmasın deyə giriş qapılarını ağlagəlməz yerlərdə açıblar. Məsələn, bir qayanın oyuğunda, kolluqların arasında, ya da mövcud olan bir kənd evinin zirzəmisində.
    2 min il bundan əvvəl yaşayan insanların yeraltı şəhəri hansı texnologiya ilə inşa etdikləri də araşdırmaçıların cavab tapmadığı suallar yaradır. Burdakı havalandırma sistemi elə qurulub ki, şəhər il boyu eyni temperaturda qalsın; nə çox isti, nə də çox soyuq olmasın. Rahiblər, keşişlər, ailələr, uşaqlar...-Təsəvvür edin ki, bu insanlar yerin altında yüzilliklər boyunca yaşayıb və heç bir nəmdən, rütubətdən şikayətləri olmayıb. Hər otağın sürgülü qapısı və növbəti otağa keçidi olub. Dünyanın heç bir yeraltı şəhərində “Dərin quyu”dakı su və havalandırma sistemi yoxdur.
    Araşdırmaçıları çıxmaza salan suallardan biri də ilk xristiyanların bu şəhəri necə və hansı müddətə inşa etdikləridir. Əllərində lazımi texnologiya olmayan, əsgərlərdən güclə qaçıb canını qurtaran bir ovuc insan bu cür mükəmməl bir yeraltı şəhəri inşa etmək üçün neçə yüz il işləməliydi. Amma, əldə olunan nəticələrə baxanda, şəhərin qısa zaman içində sistemli şəkildə inşa edildiyi qənaətinə gəlmək olur. Üstəlik, düşünəndə ki, bu boyda şəhəri inşa etmək üçün yerin altından 8 milyon tona yaxın daş və torpaq çıxarılmalıdı, elm adamları təəccüblənməkdən özlərini saxlaya bilmir. Neçə yüz metr dərinlikdən torpaq və daş çıxarmaq hansı texnologiya ilə mümkün olub? Cavab yoxdur...
    Yazılı mənbələrdən məlumdur ki, Türkiyədəki “Yerəbatan sərnici”nin inşası on illiklər boyunca davam edib və bu vaxt ərzində yüzlərlə işçi ölüb. Bəs necə olur ki, “Yerəbatan sərnici”ndən dəfələrlə böyük olan “Dərin quyu” qısa vaxtda inşa edilib? Üstəlik də, niyə onun haqqında heç bir yazılı mənbə tapmaq mümkün deyil? Anlaşılan odur ki, cavabsız suallar arxeoloqları və tarixçiləri hələ çox düşündürəcək...
    Başqa bir ehtimal isə yeraltı şəhərin yadplanetlilərin hücumundan qorunmaq üçün inşa edildiyi yönündədir. Yəni, insanlar uzun yüzilliklər boyunca sistemli şəkildə bu şəhəri “qazıblar” ki, yadplanetlilər hücum edəndə rahatlıqla gizlənə bilsinlər.
    Hazırda yeraltı şəhərinin üstündə yerləşən kəndin adı “Dərin quyu”dur. Amma, yeraltı şəhər tapılana qədər kimsə bu toponimi izah edə bilmirdi. Həmin kənddə və ətrafda yaşayan insanların ağızdan-ağıza ötürülən, nəsildən-nəsilə keçən bir əfsanəyə inanmaları da maraqlıdır. Əfsanəyə görə, lap qədimlərdə bu ərazidə mələklər və xoşniyyətli varlıqlar yaşayıb. Bir gün göylərdən bədniyyətli cinlər enib və onlara hücum edib. Xoşniyyətli varlıqlar cinlərə məğlub olduqlarını anlayıb yerin altına eniblər və burada özlərinə şəhər salıblar. Söyləntilərə görə, onlar hələ də burada yaşayırlar. Hətta, bəzi kəndlilər zaman-zaman burada qəribə səslər eşitdiklərini və nur saçan varlıqlar gördüklərini də iddia edirlər.
    Bəzilərinin fikrincə, bu əfsanə bölgəyə turist çəkmək üçün uydurulub. Amma, unutmaq lazım deyil ki, yeraltı şəhər 1960-cı illərdə kəşf olunub. Əfsanələrin yaşı isə bilinmir...
    Arxeoloqların fikrincə, Nevşehir bölgəsində bu cür yeraltı şəhərlər çoxdur. Sadəcə, hələ kəşf edilməyib. Bölgədə maraq doğuran bir başqa şey isə kilometrlərlə uzanan, təkər izlərinə bənzəyən xəttlərdir. Elmi araşdırmalar nəticəsində bu izlərin yaşının milyon ildən artıq olduğu müəyyən edilib. Görəsən, yeraltı şəhərin inşası zamanı çıxarılan daş və torpaq bu cür iri arabalarlamı daşınıb? Bu sual da cavab gözləyir...
    Maraqlı məqamlardan biri də odur ki, İtaliyada və Yunanıstanda da bu cür təkər izlərinə bənzəyən xəttlər var. Üstəlik, xəttlər kəşf edilən yeraltı şəhərlərin yaxınlığındadır.

    Tarixində dərc edildi 13 gün əvvəl

    Şərh

    1. Elmir Hacıyev

      Çox maraqlı idi. Xahiş edirəm 1000000000👍atın

      1. 22-ci Əsr

        BAKIDA ÖLÜM BİNASI: BÜTÜN QƏRARLAR BURADA VERİLİR? azsel.info/video/video/tZe0prKm2qTZjMo.html

      2. Yeni Mahnilar 2019 Azeri Turk Xarici

        Ela👍👍👍

    2. Tofig Axmedov

      Çox maraqlı idi.Bu sheherin mezarligi hardir?Kim bilise yazsin.LAYK!

    3. ənvər Music

      ısiq pulu vermiler orda 🤔

    4. 22-ci Əsr

      BAKIDA ÖLÜM BİNASI: BÜTÜN QƏRARLAR BURADA VERİLİR? azsel.info/video/video/tZe0prKm2qTZjMo.html

    5. Asiman cokguzel Muradxanov Asiman

      Maraqlı idi

      1. 22-ci Əsr

        BAKIDA ÖLÜM BİNASI: BÜTÜN QƏRARLAR BURADA VERİLİR? azsel.info/video/video/tZe0prKm2qTZjMo.html

    6. Xelilov Xelilov

      Salam eziz xanimlar size onlayin is teklifim var isimzi satis deyil ve mene mesuliyyetli ve aktiv xanimlar lazimdir telefon vasitesiyle evdn cixmadan oz biznesinizi qura bilersiz ve yuksek gelir elede ede bilersiz.0708809440 watsap eleqe saxliya bilersiz.

      1. 22-ci Əsr

        BAKIDA ÖLÜM BİNASI: BÜTÜN QƏRARLAR BURADA VERİLİR? azsel.info/video/video/tZe0prKm2qTZjMo.html

    7. Руслан Авинов

      Rehmetliyin oqlu bele tuneller ne qederdi hec bilirsen🤔👍

    8. Metanet Aliyeva

      Lap mocuzedir

    9. Mahire Sadiqova

      Bəlkədə bu şəhər xristianlıqdan çox qədim zamanda tikilib .Xristianlar sadəcə burda gizlənib

      1. 22-ci Əsr

        BAKIDA ÖLÜM BİNASI: BÜTÜN QƏRARLAR BURADA VERİLİR? azsel.info/video/video/tZe0prKm2qTZjMo.html

    10. Elvin Movsumov

      Demeli elm kecmisde daha guclu imis. Alimler fikirlesmeye davam elesin. Onsuzda tapilmayacaq. Kecmis sirr olaraq qalacaq

    11. Ev elani ve sayir Reklamlar

      Maşin satilir azsel.info/video/video/vISwhaiIlJq6qNI.html

    12. Ev elani ve sayir Reklamlar

      azsel.info/video/video/vISwhaiIlJq6qNI.html

    13. Рамиз Сейидов

      Sagol cok xosuma geldi

      1. 22-ci Əsr

        BAKIDA ÖLÜM BİNASI: BÜTÜN QƏRARLAR BURADA VERİLİR? azsel.info/video/video/tZe0prKm2qTZjMo.html

    14. AZERBAYCAN TURAN

      AZƏRBAYCANDA YER ALTİ TUNEL SALİB GEDİB NAXÇİVANA VƏ TƏBRİZƏ ÇİXMAQ MÜMKÜNDÜR...

    15. Sonuncu Liliya

      Cooox maraglidyeee

      1. 22-ci Əsr

        BAKIDA ÖLÜM BİNASI: BÜTÜN QƏRARLAR BURADA VERİLİR? azsel.info/video/video/tZe0prKm2qTZjMo.html

    16. Seymur Abbasov

      Әyәr müasir dövrdәki bu qәdәr texnika ilә belә bir iş görmәkdә çәtinlik çәkirsә..mәnim fikirimcә onda belә çıxırki ya keçmişdәki insanlar hәddәn çox aqıllı olublar yadaki bular heç insan işi deyil

      1. 22-ci Əsr

        BAKIDA ÖLÜM BİNASI: BÜTÜN QƏRARLAR BURADA VERİLİR? azsel.info/video/video/tZe0prKm2qTZjMo.html

    17. Lavin ASMR

      Maraqlıdı

    18. Rsul Azad65

      Gerçekten öğle şeymi var.Çok korkunçmuş.

    19. Hilal mensimov14

      Mənə çox maraqli geldi

    20. Yasemen Мамедова

      Cox maraqlidir👍💗💜

    21. Eli Cavadov

      👍

      1. 22-ci Əsr

        BAKIDA ÖLÜM BİNASI: BÜTÜN QƏRARLAR BURADA VERİLİR? azsel.info/video/video/tZe0prKm2qTZjMo.html

    22. Esmira Sixiyeva

      Bakıda İçərişəhər , Qala kəndi , Qışlaq ərazisindəıdə yeraltı yollar öz müammalı araşdırmaları gözləyir ..

      1. Elxan Quliyev

        can can...Qala kendime qurban olum.

    23. Mr Novruz

      Cool

      1. 22-ci Əsr

        BAKIDA ÖLÜM BİNASI: BÜTÜN QƏRARLAR BURADA VERİLİR? azsel.info/video/video/tZe0prKm2qTZjMo.html

    24. MELEK BABAYEVA

      👍🏻paylaşimniz 👍🏻

      1. Seymur .lacınlı

        👍👍👍👍🌱😍🌱😍🌱😍🌱😍🌱😍🌱😍🌱😍🌱😍😍🌱😍🌱

    25. Sona Alllahverdiyeva

      Deyilənə görə bəs demirlər yerin altındada hayat var odu dəə

      1. 22-ci Əsr

        BAKIDA ÖLÜM BİNASI: BÜTÜN QƏRARLAR BURADA VERİLİR? azsel.info/video/video/tZe0prKm2qTZjMo.html

    26. jenifer XXX

      ora girdin qalarsan olersen orda yolu tapmag cetin olar sanki labirintdi . gerek getdikce divarda ishare qoyasan ki sonra cixishi tapasan .

    27. СПб 178

      Insanlar ozlerini dinazavirlardan goruyublar .

    28. Dünya_ Heqiqetleri

      mawAllah

    29. ismayil ismayilov.1983

      Cox maraqli verlishler hazirlayirsiz. Apariciliginiza ve ses tembirinize soz ola bilmez. Ugurlar

    30. Emin Emin

      Lan hayvan Engin Denizin videosunu çalma seni aşalık azeri mal

    31. Sadiq Sadiq

      Ermenilere göstermeyin deyecekler ki,Vazgen dövleti tapıldı.

    32. fariz zaidov

      Indiki cemiyyeti ğörmekdense ele bu şeherde yaşamaq yaxşidi..

      1. fariz zaidov

        @Elxan Quliyev he qardaş,hele qapiya pul yiganda qoyar bu hakimiyyet..

      2. Elxan Quliyev

        ay hay! gelib orda da tapar .. cemiyyet bizi..helem üstelik naliq da qoyarlar

    33. Sevinc Sevinc

      Çox gözəl...👍👍👍

    34. choci malikov

      Мен кечмиш hеуатымда бу -Улу мескенин тикинтисинде шехсен иштирак етмишем.... Бир шейиде диггетинизе чатдырым бурада дейилен йоларла охшайан дерин хетлери БИЗ су течhизаты учун йени уагыш-гар суларынын ахыб ашагыда -гуйуда йыгылмасы учун дузелтмишдик...:-) P.S. ...остальных не могу написать, потому что армяне переделают в свою пользу:-)

    35. Personal Experience

      *Qarşılıqlı abunə təklif edirəm. Kanalıma abunə olun, bu kommentə 👍 qoyun, sonra bu şərhin altına yazın ki, artıq mənə abunə olmusunuz və dərhal sizə abunə olacam*

      1. Personal Experience

        @Reyyan Reyyan Təşəkkür edirəm, mən də sizə abunə oldum. Uğurlar!

      2. Reyyan Reyyan

        Abone oldum👍

    36. Mamedov Knn

      *Diger sehifelerin etdiklerini etmek* _mecburiyyetinde_ -deyilsiz-

    37. Emin Ismayilov

      Davamı gəlsin xeyırli və uğurlu bro

    38. Rizan Mikayilov

      Eyyy deyir 2000 il bunan qabag . Adam fikirləşəndə dəli olur öldün getdin fiso birdə bu işıglı dünyaya gəlmiyəcyiy . Boş həyatdıda yaşyrıg

    39. Nicat PES 2020 Mobile

      m.azsel.info/video/video/mH3aecKguniXhqg.html

    40. Nicat PES 2020 Mobile

      m.azsel.info/video/video/1GfRa7yCzKbNhtI.html